Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:54

«Biz seçkinin azad və ədalətli keçirilməsinə kömək etmək niyyətindəyik»


E.Ders deyir ki, səfirlik qarşıdakı seçkilərlə bağlı tədbirlər proqramı hazırlayacaq
E.Ders deyir ki, səfirlik qarşıdakı seçkilərlə bağlı tədbirlər proqramı hazırlayacaq

«Amerika çalışacaq ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkisi azad və ədalətli olsun». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bəyan edib: «Biz qarşıdan gələn seçkinin azad və ədalətli keçirilməsinin təmin olunmasına kömək etmək niyyətindəyik. Vətəndaş cəmiyyəti demokratik siyasi proseslər və vətəndaşların seçkidə daha da fəal iştirakının təşviqində mühüm rol oynayır».


Martın 3-də Amerika səfirliyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramına yeni dəyişiklikləri elan edib. Bu proqram yerli qeyri-hökumət təşkilatlarına demokratiya sahəsində ABŞ-ın maliyyəsi və texniki dəstəyi ilə layihələr işləməyə imkan verir.


E.Ders deyib ki, demokratiyanın inkişafı üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi vacibdir. 2008-ci ildə Azərbaycanda prezident seçkisi olacağı üçün Amerika səfirliyi bu proqrama dəyişikliklər etməyi nəzərdə tutub. Yeni qaydalara görə, QHT-lər ildə iki dəfə yox, bütün il ərzində demokratiya və seçki ilə əlaqədar istənilən layihələrini təqdim edə bilərlər. Bundan əlavə, regional QHT-lər üçün də proqramda iştirak qaydaları sadələşdirilib.


Səfir onu da deyib ki, Amerika səfirliyi qarşıdakı seçkilərlə əlaqədar tədbirlər proqramı hazırlayacaq.


ABŞ səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı 1997-ci ildən həyata keçirilir. İndiyədək proqramla 240-dan çox layihəyə 2.4 milyon dollar dəyərində maliyyə ayırıb. Proqramın bu ilki büdcəsi 350 min dollardır.


XS
SM
MD
LG