Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:14

Azərbaycan ordusunun zabiti özünü güllələyib


Eldar Sabiroğlu deyib ki, əməliyyatdan sonra zabitin vəziyyəti qənaətbəxşdir
Eldar Sabiroğlu deyib ki, əməliyyatdan sonra zabitin vəziyyəti qənaətbəxşdir

Özünü güllələyən zabit hospitalda dərhal əməliyyat olunub. Bunu «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Eldar Sabiroğlu deyib.


Hadisə martın 2-də Ağdam rayonundakı «N» saylı hərbi hissədə baş verib.


Məlumata görə, özünə qəsd edən zabit leytenant 1984-cü il təvəllüdlü Elman Kamandar oğlu Allahverdiyevdir.


Cənab Sabiroğlu deyib ki, əməliyyatdan sonra zabitin vəziyyəti qənaətbəxşdir: «Onun özünə qəsd etməsi şəxsi həyatı ilə bağlıdır, hərblə heç bir əlaqəsi yoxdur».


Elman Kamandar Allahverdiyev Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG