Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

Medvedev Putinin yolunu davam etdirəcəyini deyir


Vladimir Putin və Dmitri Medvedev Qızıl Meydandakı konsertdə. Moskva, 2 Mart 2008
Vladimir Putin və Dmitri Medvedev Qızıl Meydandakı konsertdə. Moskva, 2 Mart 2008

Rusiyada prezident seçkiləri başa çatıb. Mərkəzi Seçki Komissiyası məlumat verir ki, səslərin 99,5 faizi sayılıb. İqtidarın namizədi Medvedev 70 faizdən çox səs yığıb. Ondan sonra kommunistlərin lideri Zuqanov gəlir: o, elektoratın təqribən 18 faizinin rəğbətini qazanıb.


Üçüncü yerdə Liberal Demokrat Partiyasının lideri Vladimr Jirinovskidir. Onun 9,4 faiz səs topladığı açıqlanıb. Demokrat Partiyasının lideri Andrey Boqdanovun isə 1,3 faiz səsi var. Rusiya vətəndaşlarının 70 faizinin səsvermədə iştirak etdiyi bildirilir.


Rəsmi nəticələrə görə irəlidə gedən Medvedev deyib ki, prezident kürsüsünə çıxandan sonra-öz xarici siyasətində Rusiyanın maraqlarını müdafiə edəcək. Medvedev birmənalı olaraq Putinin yolunu davam etdirəcəyini bəyan edib. Yeni prezidentin hakimiyyəti dövründə Putinin Baş nazir olacağı gözlənilir.


Seçkini müşahidə edən bir çox müstəqil monitorinq qrupları və beynəlxalq müşahidəçilər seçkidə pozuntuların, total saxtakarlıqların olduğunu bildirirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG