Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

AXCP Naxçıvanda fəallara təzyiqlərin artdığını iddia edir


«Partiya fəalları Muxtar Respublikadan uzaqlaşdırılır»
«Partiya fəalları Muxtar Respublikadan uzaqlaşdırılır»

«Naxçıvan Muxtar Respublikasında yerli hakimiyyət seçki ərəfəsində müxalifət fəallarına təzyiq göstərməklə, əvvəlcədən seçkilərin saxtalaşdırılacağına işarə edir».


Bu fikirlər martın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan təşkilatının yaydığı bəyanatda əksini tapıb.


Bəyanatda o da bildirilir ki, partiya fəalları Muxtar Respublikanın güc strukturları tərəfindən müxtəlif yollarla hədələnərək, Muxtar Respublikadan uzaqlaşdırılır.


Bəyanatda partiyanın fəal üzvlərindən biri – Fazil Kərimovun Muxtar Respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq, hədələndiyi də bildirilir.


Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Fazil Kərimov keçmiş siyasi məhbusdur, adı siyasi məhbuslar siyahısında olduğundan, 2004-cü ildə əfv olunub. O, keçmiş prezident Heydər Əliyevə sui-qəsddə günahlandırılırdı.


Partiyanın yaydığı bəyanatdakı fikirlərə münasibət öyrənmək üçün Muxtar Respublikanın Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, Nazirlikdən suallara cavab vermək istəmədilər.


Ancaq bəyanatda adıçəkilən Fazil Kərimovla əlaqə yarada bildik. O, hazırda Türkiyədədir.


Fazil Kərimov: «Çox təzyiqlər edirlər. Getdim lisenziya aldım ki, taksi işlədim. Bir gün işləyirdim ki, tutub apardılar Yol Polisinə. İltizam aldılar ki, mən bir də taksi işlətməyəcəyəm. İmkan vermədilər işləməyə. Gəlib qalmışam Türkiyənin küçələrində. Hələ bilmirəm neyləyim... Hara gedirəmsə, tuturlar. Hara gedirəm, izlənirəm».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG