Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Azərbaycan ərazisində «quş qripi» aşkar edilməyib


Fevralın 29-da «quş qripi» ilə bağlı ölkə ərazisində ev və çöl quşlarından götürülmüş nümunələrin müayinəsi başa çatıb. İl ərzində sayca ikinci monitorinqin nəticələri Azərbaycanda sözügedən xəstəliyin olmadığını təsdiqləyib.


Bu barədə «Azadlıq» radiosuna Dövlət Baytarlıq Xidmətindən Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidmətinin Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri, eləcə də Ovçular Cəmiyyətinin əməkdaşları ilə birgə apardığı monitorinq zamanı ölkənin müxtəlif bölgələrindən 33 baş ev, 2112 baş çöl quşunun nümunələri yoxlanılıb. Onların heç birində «quş qripi»nin daşıyıcısı aşkar edilməyib.


Növbəti - üçüncü monitorinqə mart ayının 25-də start veriləcək. Nümunələrin götürülməsi bir həftə davam edəcək. Nəticələr aprelin ilk həftəsində müəyyən olunacaq.


XS
SM
MD
LG