Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:41

Parlamentin komissiyası sülhməramlıların Kosovadan geri çağırılmasını müsbət qiymətləndirib


1999-cu ildən Kosovada Türkiyə sülhməramlı kontingentinin tərkibində 37 azərbaycanlı xidmət keçir
1999-cu ildən Kosovada Türkiyə sülhməramlı kontingentinin tərkibində 37 azərbaycanlı xidmət keçir

Fevralın 28-də Milli Məclisin (MM) Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Daimi Komissiyasında Azərbaycan sülhməramlılarının Kosovadan geri çağırılması məsələsi müzakirə olunub.


MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Nəsirov «Azadlıq» radiosuna bildirib ki, məsələ müsbət qiymətləndirilib və martın 4-də parlamentin plenar iclasında müzakirə olunacaq.


Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovadan geri çağırılması haqqında fevralın 26-da parlamentə müraciət ünvanlayıb.


Bu il fevralın 17-də Kosovo müstəqilliyini elan edib. Azərbaycan Kosovonun müstəqilliyini tanımır.


1999-cu ildən Kosovada Türkiyə sülhməramlı kontingentinin tərkibində 37 azərbaycanlı xidmət keçir.


XS
SM
MD
LG