Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

«Azərbaycan PKK-ya qarşı şübhələrində məntiqi amillərdən çıxış edir»


Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov bəyan edib.


Bakı kürd terrorçu təşkilatının Azərbaycanın işğal altındakı bölgələrində yerləşməsindən şübhələnir. Yerevan isə bunu təkzib edir.


A.Əzimov deyib ki, əvvəllər də Azərbaycan tərəfi Dağlıq Qarabağda qanunsuz məskunlaşma ilə bağlı «səsini qaldırıb» və 2006-cı ildə ATƏT-in bölgəyə göndərdiyi faktaraşdırıcı missiya Bakının şübhələrini təsdiqləyib:


«Biz PKK-nı da çoxdan izləyirik. Ermənilər dəfələrlə öz yazılarında Laçın rayonunun Azərbaycanın yox, kürdlərin olduğunu arqument kimi gətiriblər. Sonradan bildiriblər ki, orada kürdlər məskunlaşır. Ərazidə qanunsuz məskunlaşma hazırda, fakt olaraq var. Laçın koridorunun zəbt olunması da heç kəsdə şübhə doğurmur. Bütün bu bəyanatlar və şərhlər belə məntiq yaradır ki, burada yəqin, hansısa səbəblər var».


Nazir müavini deyib ki, PKK-nın Qarabağda məskunlaşması indi daha çox məntiqi görünür. Çünki bununla kürd terrorçuları Türkiyənin bu təşkilata qarşı apardığı hərbi əməliyyatlardan «özlərini xilas edə», erməni terror qrupları ilə birləşə və Azərbaycana qarşı terror aktları həyata keçirə bilərlər.


Nazir müavini onu da deyib ki, PKK ilə mübarizədə antiterror koalisiyasına üzv ölkələr səylərini birləşdirməlidir.


XS
SM
MD
LG