Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:12

Seçici siyahılarının tərtib olunması may ayında başa çatacaq


Vətəndaşlar daha çox adlarının seçici siyahılarında olmamasından şikayətlənirlər
Vətəndaşlar daha çox adlarının seçici siyahılarında olmamasından şikayətlənirlər

Hazırda Azərbaycanda 4 milyon 600 mindən artıq seçici var. Seçici siyahıları isə bu ilin yanvarından yenidən tərtib olunub. Seçici siyahılarının tərtib olunması may ayında başa çatacaq.


Bu haqda məlumat verən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçici siyahılarının qeyri-dəqiq olmaslyla bağlı fikirlərlə razılaşmadığını bildirib. Onun fikrincə, Azərbaycandakı seçici siyahıları bütün Avropa ölkələrinin seçici siyahılarından dəqiqdir.


Bununla belə Məzahir Pənahov onu da deyib ki, MSK-nın 115 saylı Qaynar Xəttinə vətəndaşlardan gələn şikayətlərin çoxu onların adlarının seçici siyahılarında olmamasıyla bağlıdır.


Fevralın 29-da isə MSK-nın seçki komissiyalarının üzvləri üçün keçirdiyi kurslar sona çatır. Komissiya üzvlərinə bu kurslarda seçki prosesinə hazırlıq, seçkilərin şəffaflığı, səslərin sayılması, müşahidəçilərin iştirakı və başqa məsələlər izah olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG