Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Atatürk Mərkəzi Çingiz Aytmatovun ədəbiyyat üzrə Nobel mükafatına namizədliyini irəli sürüb.
Fevralın 28-də Atatürk Mərkəzində keçirilən tədbirdə çıxış edən mərkəzin rəhbəri Nizami Cəfərov deyib ki, Çingiz Aytmatov Azərbaycan üçün yad yazıçı deyil.
Qırğız yazıçısı Çingiz Ayıtmatovun 2008-ci ildə 80 yaşı tamam olur. Yubiley tədbirlərinə Bakıdan start verilib.
Tədbirdə çıxış edən yazıçı deyib: «Bu yubiley tədbirləri harada, necə yekunlaşacaq, bilmirəm, amma Bakıda keçirdiyim günlər çox unudulmaz, təsiredici oldu».