Həbs olunan Böyük Britaniya vətəndaşı, 1959-cu il təvəllüdlü Patrik O”Brayndır. O, Britaniyada bir neçə uşağı zorlamaqda günahlandırılır. Axtarışda olduğu üçün əvvəl Rusiyaya, sonra Azərbaycana gəlib. Bir ildən çoxdur Bakıda, kirayə tutduğu evdə yaşayırmış.
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları onu evdə həbs ediblər. Nazirlikdən Ehsan Zahidov məlumatı təsdiqləyib, O”Braynın Britaniyaya ekstradisiya olunacağını deyib.
Qarşı tərəfin məsələ ilə bağlı hər hansı mövqeyi məlum deyil.