Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:16

Baş redaktorun məhkəməsi martın 6-na qaldı


Qənimət Zahidin fevralın 28-də keçirilməli olan məhkəmə prosesi heç bir səbəb göstərilmədən martın 6-na təxirə salınıb.


Bundan əvvəlki məhkəmə prosesində prokuror Qənimət Zahidin beş il azadlıqdan məhrum edilməsini istəyib.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ilin noyabrında xuliqanlıqda təqsirləndirilərək həbs edilib.


Jurnalist isə həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları Qənimət Zahidin həbsini pisləyir və onun dərhal azad olunmasını tələb edirlər.


XS
SM
MD
LG