Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

Müxalif düşərgədə boykot qərarına meyl güclənir


S.Əkbər deyir ki, boykot haqda fikirlərin getdikcə daha çox səslənməsi təsadüfü deyil
S.Əkbər deyir ki, boykot haqda fikirlərin getdikcə daha çox səslənməsi təsadüfü deyil

Prezident seçkisi yaxınlaşdıqca müxalif düşərgədə boykot qərarına meyl güclənməkdədir. Artıq təkcə tərəddüd içində olan qüvvələr yox, seçkidə iştirakla bağlı qərar verən müxalif partiya və bloklar da boykot variantından danışmağa başlayıblar. Seçkidə iştirakla bağlı qərar verən Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyir ki, boykot haqda fikirlərin getdikcə daha çox səslənməsi heç də təsadüfü deyil. Çünki hakimiyyət azad və ədalətli seçkilər üçün minumum şərtləri belə yerinə yetirmək istəmir. Onun sözlərinə görə, komissiyalarda hakimiyyətin nəzarətinin saxlanması, siyasi məhbus probleminin həll edilməməsi, mətbuat və sərbəst toplaşmaq azadlığının təmin edilməməsi demokratik seçkilərdən xəbər vermir: «Vəziyyətin dəyişməyəcəyi təqdirdə hətta seçkilərdə iştirakla bağlı qərar verən partiyalar, o cümlədən Müsavat Partiyası da situasiyanı yenidən dəyərləndirmək məcburiyyətində qalacaq».


Özünün deməsinə görə, 20-dən çox partiyanın birləşdiyi «ATA» blokunun rəhbəri və Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu da deyir ki, hadisələrin bu şəkildə inkişafı onları boykot qərarı vermək məcburiyyətində qoya bilər. Baxmayaraq ki, onların da seçkidə iştirakla bağlı qərarları var: «Hakimiyyət müxalifəti inandırmalıdır ki, demokratik seçki olacaq. Ona görə də demokratiyaya bənzər seçki olmalıdır ki, problem olmasın».


Müxalifət düşərgəsində boykota meylin güclənməsi deyəsən, hakim düşərgəni əsla narahat etmir. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyir ki, kimin nə deməsindən asılı olmayaraq Azərbaycanda prezident seçkisi keçiriləcək və orada müxalifət də iştirak edəcək: «Bu, müxalifətin zəifliyinin və onlar arasında birliyin olmadığının göstəricisidir».


«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, müxalif düşərgədə boykot haqda xəbərdarlığın indi daha çox eşidilməsinin bir neçə səbəbi var. Onun fikrincə, bəzi müxalif partiyalar demokratik seçki üçün bununla hakimiyyətə və beynəlxalq təşkilatlara təzyiq etmək istəyirlər. Rəşidoğlu bəzi xırda partiyaların da bu məsələdə başqa məqsəd güddüklərini istisna etmir: «Xırda partiyalar bununla hakimiyyətin və ictimaiyyətin diqqətini öz üzərlərinə çəkmək istəyirlər. Məqsəd hakimiyyətlə hansısa sövdələşməyə getməkdir».


Azər Rəşidoğlu deyir ki, Azərbaycanda heç vaxt boykot qərarları uğurlu nəticə verməyib. O, indi də bu fikirdədir. Ancaq şərhçi hesab edir ki, bu seçkidə hakimiyyətin qələbəsi daha çox gözlənilsə də, müxalifətin əksər hissəsi yekunda boykot qərarı verməyəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG