Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:09

Xocalı faciəsinin ildönümü ABŞ Konqresində anılıb


Konqresin üzvləri beynəlxalq ictimaiyyəti Xocalı faciəsinə münasibət bildirməyə çağırıb
Konqresin üzvləri beynəlxalq ictimaiyyəti Xocalı faciəsinə münasibət bildirməyə çağırıb

Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri Solomon Ortis və qrupun üzvü Virciniya Foks bu faciə ilə bağlı bəyanatlarla çıxış ediblər. Bu barədə AzərTAc məlumat yayıb.


Qrupun həmsədri, Texas ştatının təmsilçisi, demokrat Solomon Ortis bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhəri erməni qüvvələri tərəfindən dağıdılıb. Konqresmen həmkarlarına bildirib ki, Xocalıda 613 nəfər qətlə yetirilib.


Şimali Karolina ştatının Konqresdəki təmsilçisi, respublikaçı xanım Virciniya Foks isə hesab edir ki, Somali, Ruanda, Kamboca, Bosniya və Darfurda baş verən faciəvi hadisələr Konqresin diqqətini cəlb etdiyi halda, 1992-ci ildə Qafqazda baş verənlər barədə xəbərdar olanlar azdır. Xanım Foks deyib ki, üstündən 16 il keçəndən sonra «Xocalı» sözü Azərbaycan xalqı və bütün bölgə üçün ağrılı və kədərli xatirələrlə bağlıdır.


ABŞ konqresinin üzvləri beynəlxalq ictimaiyyəti Xocalı faciəsinə münasibət bildirməyə çağırıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG