Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 23:56

Azərbaycan sülhməramlıları Kosovadan geri çağırılacaq


1999-cu ildən Kosovada 37 azərbaycanlı xidmət keçir
1999-cu ildən Kosovada 37 azərbaycanlı xidmət keçir

Azərbaycan sülhməramlıları Kosovadan geri çağırılacaq. Bununla bağlı prezidentin parlamentə müraciəti daxil olub. Bu haqda məlumatı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Daimi Komissiyasının üzvü Zahid Oruc verib: «Söhbət Kosovada Türkiyə taborunun tərkibində xidmət edən Azərbaycan Silahlı Qüvvələri personalının geri çağırılmasından gedir. Kosovada siyasi vəziyyət dəyişdiyi üçün ölkə başçısı belə bir addım atıb».


Bu məsələ fevralın 28-də parlamentin sözügedən komissiyasının iclasında, martın 4-də isə plenar iclasda müzakirə olunacaq.


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimsə bildirir ki, Azərbaycan qanunvericiliyinə görə, bu məsələylə bağlı parlament qərar verməlidir. Bu qərardan sonra sülhməramlıların geri çağırılmasından söhbət gedə bilər.


Fevralın 17-də Kosovo müstəqilliyini elan edib. Azərbaycan Kosovanın müstəqilliyini tanımayıb.


1999-cu ildən Kosovada Türkiyə Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin tərkibində 37 azərbaycanlı xidmət keçir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG