Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Qarabağ münaqişəsi ilə bağlı BMT-də qətnamə layihəsi yayılıb


Qətnamə layihəsi Baş Assambleyanın 63-cü sessiyasında müzakirə oluna bilər
Qətnamə layihəsi Baş Assambleyanın 63-cü sessiyasında müzakirə oluna bilər

«Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnamə layihəsi BMT-də dərc olunaraq yayılıb.


Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib.


Sənədin müəllifi Azərbaycandır.


Sənəddə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxmağa çağırılır. Eyni zamanda gələcəkdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının normal şəraitdə yaşayışı üçün müvafiq şərait yaradılması zəruri sayılır.


Azərbaycan BMT-ni ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda effektiv demokratik idarəetmə sisteminin yaradılmasına yardım göstərməyə çağırır.


Qətnamə layihəsi Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətin BMT Baş Assambleyasının 63-cü sessiyada müzakirəsini də nəzərdə tutur. Sessiya bu ilin sentyabrında keçiriləcək.


2007-ci ilin sentyabrında isə BMT Baş Assambleyasının 62-ci sessiyasında Bakı bu layihə ilə çıxış etmişdi.


Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası bu vaxta kimi 4 qətnamə qəbul edib. Lakin onların heç biri həyata keçirilməyib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG