Onun qardaşı Fidel Kastro Kubaya 49 il rəhbərlik etmişdi. O, bu yaxınlarda elan etdi ki, xəstədir, daha işləyə bilməyəcək.
Prezident dəyişikliyinə baxmayaraq, Kuba yenə də kommunist ölkəsi kimi qalacaq.
Raul Kastro birinci dəfə lider kimi çıxışında deyib ki, mühüm siyasi qərarlar verəndə qardaşı ilə məsləhətləşəcək:
«Kuba inqilabının baş komandanı yeganə şəxsiyyət- Fideldir. Biz hamımız bilirik ki, Fideli əvəz etmək olmaz. Biz onun işini davam etdirəcəyik».
Amerikanın dövlət katibi Kondaliza Rays isə Kubaya müraciətində hakimiyyəti dinc yolla demokratik dəyişiklik etməyə çağırıb.