Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:35

Ermənistanda Baş prokurorun keçmiş müavini həbs olunub


Yerevanda on minlərlə müxalifət tərəfdarı prezident seçkisinin nəticələrinin ləğvini istəyir
Yerevanda on minlərlə müxalifət tərəfdarı prezident seçkisinin nəticələrinin ləğvini istəyir

Ermənistan Baş prokurorunun keçmiş müavini Qagik Cangiryan həbs olunub. Ölkənin hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Cangiryanın qardaşı, sürücüsü və köməkçisi də həbs olunub. İTAR-TASS Agentliyinin məlumatına görə, onların hamısında silah aşkar olunub.


Fevralın 23-ü axşam prezident Robert Koçaryan müxalifət cərgələrinə qoşulan Cangiryanı vəzifəsindən kənarlaşdırıb.


Bu arada Yerevanda daha iki müxalifət siyasətçisi həbs olunub. Onlar müxalif Respublika Partiyasının Siyasi Şurasının üzvi Smbat Ayvazyan və «Yeni Zaman» Partiyasının lideri Aram Karapetyandır. Bu iki siyasətçinin nədə günahlandırıldığı hələlik məlum deyil.


Prezident Robert Koçaryan müxalifəti hakimiyyəti ələ almaq cəhdində günahlandırıb. O, deyib ki, sabitliyi qorumaq üçün hakimiyyət qəti və möhkəm addımalar atacaq. Ermənistanın paytaxtı Yerevanda on minlərlə müxalifət tərəfdarı mitinq keçirərək prezident seçkisinin nəticələrinin ləğv olunmasını istəyir.


Fevralın19-da Ermənistanda keçirilən prezident seçkisində Serj Sərkisyan qalib elan olunub. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Sərkisyan səslərin 52%-dən çoxunu yığıb.


Levon-Ter-Pterosyan başda olmaqla ölkə müxalifəti seçkinin nəticəsini tanımır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG