Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:27

«Azərbaycan da bankrot olacaq»


«Neft azaldıqca bizim büdcə nə ilə dolacaq?»
«Neft azaldıqca bizim büdcə nə ilə dolacaq?»

«Yeni Müsavat» qəzetindəki «Azərbaycan da bankrot olacaq» başlıqlı məqalədə Şahvələd Çobanoğlu yazır ki, Kaliforniyanın bir şəhəri özünün bankrot olduğunu elan edib. Valexo adlı bu şəhərin 120 min əhalisi var: «Buranın Hacıbalası olan Stefani Qomes deyib ki, martda büdcə tamam tükənəcək. Bankrot adıçəkilən şəhəri bir ildə yaxalamayıb. Mer etiraf edir ki, onlar 20 ildir qazandıqlarından çox yeyirlər. İndi bunun acısını çəkmək vaxtı gəlib».


Müəllif yazır ki, şəhərdə ajiotaj yaranıb, polis işçiləri, yanğınsöndürənlər işdən çıxır, başlarına əlac qılmaq haqqında düşünürlər: «Biz eşitmişdik ki, firma, bank, şirkət bankrot ola bilər, daha şəhərin iflas olacağı ağlımıza gəlməzdi. Amma bu xəbərdən sonra inana bilərsiniz ki, nəinki şəhər, hətta bütöv bir ölkə bankrot ola bilər».


Çobanoğlu oxuculara iqtisadçıların Azərbaycan haqqında verdiyi proqnozlara o qədər də şübhə ilə yanaşmamağı tövsiyə edir: «Şanlı ölkəmiz iri addımlarla elə Valexo şəhərinin yolu ilə gedir. Məsələ ondadır ki, biz də 20 ildə qazanmadığımız, amma bizə aid olan pulları xərcləyib, büdcəmizi şişirdəcəyik. Neft pullarının qorxulu tərəfi də budur: onlar bizə aid olsa da, demək olar ki, qazanmadığımız pullardır. Onların hesabına uzağı 20 il bərk gedəcəyik. Prezidentlərimiz inamla deyəcək ki, bizim pulumuz çoxdur. Bəs sonra nə olacaq?»


Müəllif sual edir: Neft azaldıqca bizim büdcə nə ilə dolacaq? Biz bankrota getmirikmi?! «Təsəvvür edin ki, 2017-ci ildən sonra polislər dəstə-dəstə işdən çıxır, müəllimlər dərsə getmir, şəhəri süpürməyə işçilər tapılmır (guya indi yaxşı süpürürlər!). Körpülərin üstündə rəsmi qəzetlərin vərəqləri, «Kola» şüşələri, altında isə divarboyu zibil topaları gözə çarpır. Maaşlar gecikir, təqaüdçülər bankomatların qarşısında növbələr yaratmağa başlayır. Böyüyən büdcəmiz dolmur ki, dolmur…»


«Azadlıq» qəzeti yazır ki, martda növbəti bahalaşma dalğası olacaq. Qəzetə açıqlama verən iqtisadçı Vüsal Qasımlı buna ölkəyə inflyasiya idxalı, monopoliyalaşma və bu ayda alış-verişin çoxluğunu səbəb göstərir. Qasımlı hesab edir ki, yanvar ayından başlayan bahalaşma bayramlarla bol olan mart ayında da davam edəcək: «Bu ilin əvvəlindən xüsusilə də, ərzağın qiyməti daha sürətlə bahalaşıb. Alternativ inflyasiya hesablamaları nəticəsində müəyyənləşdirmişik ki, 2008-ci ilin yanvar ayında ərzaq 3,9 faiz, ümumi istehlak qiymətləri indeksi isə 2,65 faiz bahalaşıb».


XS
SM
MD
LG