Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

«Bəzən bankomatlar qəsdən xarab edilir»


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
«Pensiyalar verilən ərəfədə bəzi yerlərdə bankomatlardan istifadə olunmaması üçün onlar qəsdən xarab edilir».


Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. O bildirib ki, «bu problem süni şəkildə yaradılır. Nəticədə pensiyaçılar məcbur olur ki, vəsaiti bank və poçt şöbələrindən qol çəkməklə alsınlar».


S. Müslümov bununla bağlı «Kapital Bank»ın rəhbərliyinə müraciət etdiyini bildirib.


Hazırda Azərbaycanda pensiya verilməsi sistemi 80% avtomatlaşdırılıb. Amma rayonlarda daha 150-yə yaxın bankomatın quraşdırılmasına ehtiyac var.


Hazırda pensiyaçılar 376-dək bankomatdan istifadə edirlər. / APA /


XS
SM
MD
LG