Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Türkiyə ordusu Şimali İraqda yerüstü əməliyyata başlayıb


Türkiyə ordusu əməliyyata 10 min əsgərin cəlb edildiyi barədə məlumat yayıb
Türkiyə ordusu əməliyyata 10 min əsgərin cəlb edildiyi barədə məlumat yayıb

Türkiyə ordusu separatçı kürd qiyamçılarını təqib etmək üçün Şimali İraq ərazisinə daxil olub. Məlumatı Türkiyə Silahlı Qüvvələri verib.


Qırıcı təyyarələrin iştirakı ilə həyata keçirilən hücum fevralın 21-i gecə başlayıb. Ordunun məlumatına görə, məqsədə nail olunduqdan sonra ən qısa müddətdə ordu İraqdan çıxacaq.


Quru əməliyyatı separatçı Kürd İşçi Partiyasının mövqelərinə hava və artilleriya zərbələri endirilməsiylə müşayiət olunur.


Türkiyə komandanlığının yaydığı rəsmi məlumatda qeyd olunub ki, əməliyyata 10 min əsgər cəlb edilib.


İraqın xarici işlər naziri Xoşyar Zəbari deyib ki, onun hökumətinin Türkiyənin quru əməliyyatına başlaması barədə heç bir məlumatı olmayıb. ABŞ-ın İraqdakı ordusundan isə bildiriblər ki, onlar Türkiyənin Şimali İraqa müdaxiləsindən məlumatlı olublar.



XS
SM
MD
LG