Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların 1,4%-i isə iranlı iş adamları tərəfindən yatırılıb. Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi isə 2006-cı il ilə müqayisədə 40% artıb.
Bu barədə fevralın 22-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda məlumat verilib.
Tədbirdə çıxış edən Ərdəbil ostanının rəsmisi Azərbaycan sahibkarlarını İran iqtisadiyyatı ilə tanış olmaq və əməkdaşlıq məqsədi ilə Ərdəbilə dəvət edib.(APA)