Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 22:51

Xocalı faciəsi ilə bağlı BMT-yə müraciət oluna bilər


Parlamentin fevralın 22-də keçirilən iclasında terrorizmlə bağlı məsələ müzakirə olunub
Parlamentin fevralın 22-də keçirilən iclasında terrorizmlə bağlı məsələ müzakirə olunub

«Xocalı faciəsinin baş verdiyi gün Azərbaycanda qeyri-iş günü elan edilsin». Bu təkliflə Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədov çıxış edib.


Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovsa faciə ilə bağlı BMT-yə müraciət edilməsini istəyir: «BMT-dən xahiş etməliyik ki, fevralın 26-sı təcavüz qurbanları günü kimi qeyd olunsun. Çünki həmin gün yalnız insanlar öldürülməyib, bütün şəhər xəritədən silinib».


Parlamentin fevralın 22-də keçirilən iclasında «Terrorizmin qarşısını alınması haqqında Avropa Konvensiyasına dəyişikliklər və əlavə edilməsi barədə protokol» qəbul edilib.


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Mühasirəyə alınan şəhərdə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Bundan əlavə 487 nəfər yaranıb, 1275 Xocalı sakini əsir, 150 nəfər isə itkin düşüb.


XS
SM
MD
LG