Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Aksiya iştirakçıları spiker Oqtay Əsədovla görüşmək istəyir


Parlamentin mühafizəsi yalnız bir neçə nümayəndəyə binaya yaxınlaşmağa icazə verib
Parlamentin mühafizəsi yalnız bir neçə nümayəndəyə binaya yaxınlaşmağa icazə verib

«Bizə düşən payı istəyirik. Zavod səhmdar cəmiyyətə çevriləndən sonra bizə heç nə verməyiblər». Fevralın 22-də parlamentin qarşısında etiraz aksiyası keçirən Bakı İnşaat 1 Açıq Tipli Səhmdar Cəmiyyətin keçmiş işçiləri belə deyir.


Onlar bildirirlər ki, çalışdıqları müəssisə artıq dörd ildir ki, səhmdar cəmiyyətə çevrilib. Ancaq bu vaxta kimi əksər işçilərə səhmləri üzrə ödənişlər olmayıb. «Vaxtı ilə min nəfər işçimiz var idi. İndi onlardan 270 nəfəri qalıb». Onlara səhmləri müqabilində 2 min manat təklif edildiyini bildirirlər. Bu məbləğsə işçiləri qane etmir.


«Prezidentin İcra Aparatına, Ombudsmana müraciət etmişik. İşimiz hazırda Avropa Məhkəməsindədir. Heç bir nəticə yoxdur».


Aksiya iştirakçılar spiker Oqtay Əsədovla görüşmək istəyiblər. Parlamentin mühafizəsi yalnız bir neçə nümayəndənin binaya yaxınlaşmasına icazə verib.


Hazırda parlamentin iclası gedir.


XS
SM
MD
LG