Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:39

Təhlükəsizlik Şurası səfirliklərə hücumu kəskin pisləyir


Təhlükəsizlik Şurası üzvləri Belqradda səfirliklərə kütləvi hücumu kəskin pisləyir
Təhlükəsizlik Şurası üzvləri Belqradda səfirliklərə kütləvi hücumu kəskin pisləyir

BMT-nin Təhlükəsizlik Şurası Serbiya paytaxtı Belqradda Amerika səfirliyi də daxil olmaqla, bir sıra səfirliklərin binalarına od vurulmasını pisləyib.


Fevralın 21-də Kosovonun müstəqilliyinə etiraz edən nümayişçilər bir neçə ölkənin-Britaniya, Xorvatiya, Belçika və Türkiyənin səfirliklərinə hücum edib.


Ən pis hücuma Amerika səfirliyi məruz qalıb.


BMT Təhlükəsizlik Şurasının müraciətini Şuranın indiki sədri, Panamanın BMT-dəki elçisi Rikardo Alberto Arias oxuyub.


Təhlükəsizlik Şurası üzvləri Belqradda səfirliklərə kütləvi hücumu kəskin pisləyir. Hadisə nəticəsində səfirliklərin binaları zərər çəkib, diplomatların təhlükəsizliyi pozulub. Təhlükəsizlik Şurasının üzvləri bir daha 1961-ci il Vyana konvensiyasını əsas tutaraq diplomatik missiyanın təhlükəsizliyi və ev sahibi olan hökumətlərin öhdəliyi barədə fundamental prinsipləri xatırladıb. Bu konvensiya həm də səfirlik əmlakının müdafiəsi üçün bütün lazımı addımları özündə birləşdirir.


Amerika səfirliyi səfirliyin binasının içərisindən bir yanmış meyit tapıb, ehtimal edir ki, bu, nümayişçilərdən biridir.


Serbiya Xarici İşlər Nazirliyi də diplomatik nümayəndəliklər üzərinə hücumları pisləyib və bəyan edib ki, qayda-qanunun və diplomatların təhlükəsizliyinin təminatı üçün bütün tədbirlər görülür və müvafiq binalar artıq təhlükəsizlik qüvvələrinin qoruması altındadır.


XS
SM
MD
LG