Avropa Birliyi Ermənistanı yeni prezidentin seçilməsi münasibətilə təbrik edib. Birliyin xarici siyasət idarəsinin başçısı Xavyer Solana deyib ki, yeni prezidentin seçilməsi Qarabağ probleminin həlli üçün yeni cəhdlərə imkan verir: «Avropa Birliyi Minsk Qrupunun cəhdlərini müdafiə etməkdədir».
Fevralın 19-u Ermənistanda prezident seçkisi keçirilib. Rəsmi məlumata görə, səslərin 52 faizini toplayan Baş nazir Serj Sarkisyan seçkidə qalib gəlib.