Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 23:40

«Seçkilər əsas etibarilə beynəlxalq standartlara cavab verib»


Ermənistan müxalifəti seçkilərin nəticələrini tanımır
Ermənistan müxalifəti seçkilərin nəticələrini tanımır

Ermənistanda prezident seçkisi əsas etibarilə beynəlxalq standartlara cavab verib. Bununla belə, ictimaiyyətin ölkədə seçki proseslərinə etimadını artırmaq üçün Seçki Məcəlləsini təkmilləşdirilməyə ehtiyac var.


Bu barədə Beynəlxalq Müşahidəçilər Missiyasının fevralın 20-də dərc olunan bəyanatında deyilir.


Sənəddə qeyd olunur ki, «əvvəlki prezident seçkiləri ilə müqayisədə, seçki prosesinin hazırlanması və keçirilməsi baxımından böyük irəliləyiş qeydə alınıb».


Seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan, ATƏT-in Parlament Assambleyasından, AŞPA-dan və Avropa Parlamentindən olan 400-ə qədər müşahidəçi, o cümlədən 75 parlamentari izləyib.


Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, fevralın 19-da keçirilən seçkidə Serj Sərkisyan 52,86, eks-prezident Levon Ter-Petrosyan isə 21,5 faiz səs yığıb.


Ermənistan müxalifəti seçkilərin nəticələrini tanımır.


XS
SM
MD
LG