Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Bakı Sarkisyan hökumətindən ərazi bütövlüyünün tanınmasını istəyir


«Yeni hökumət Qarabağ münaqişəsinin həlli üçün mühüm addımlar atmalıdır»
«Yeni hökumət Qarabağ münaqişəsinin həlli üçün mühüm addımlar atmalıdır»

Bakı yeni Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyünü tanınmasını istəyir. Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.


O, bildirib ki, yeni hökumət Qarabağ münaqişəsinin həlli üçün mühüm addımlar atmalı, Madrid prinsipləri əsasında danışıqları davam etdirməlidir.


ATƏT-in Minsk qrupu həmsədrləri bildiriblər ki, onlar Madriddə ilk dəfə rəsmən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflər təqdim ediblər. Həmsədrlər deyir ki, bu təkliflər hər iki tərəf üçün müsbət xarakter daşıyır. Təkliflərin detalları barədə məlumat verilmir. Həmsədrlərin regiona sonuncu səfəri 2008-ci ilin yanvarında olub.


XS
SM
MD
LG