Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:48

İran Azərbaycanında təhlükəsizlik tədbirləri gücləndirilib


Ötən il Ana Dili Günü keçirilən dinc aksiyalarda azı 200 nümayişçi həbs edilmişdi
Ötən il Ana Dili Günü keçirilən dinc aksiyalarda azı 200 nümayişçi həbs edilmişdi

İranın Azərbaycan şəhərlərində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə etiraz nümayişlərinin keçirilməsi barədə vərəqələr yayılır. Kütləvi aksiyalardan ehtiyatlanan İran rəsmiləri azərbaycanlılarının yaşadıqları yerlərdə polis və silahlı dəstələrin sayını artırıb.


Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və başqa şəhərlərin əsas küçələrində çox sayılı polis və mülki geyimli ETTELAAT əməkdaşlarının toplandığı xəbər verilir. Bununla yanaşı şəhərlərdəki hərbi hissələrə əlavə olaraq silahlı dəstələrin gətirildiyi bildirilir.


«Media forum» «Urmu News» saytlarının yaydığı məlumata görə bir neçə gün əvvəl Urmiyədə ETTELAAT əməkdaşları 4 fəalın evinə basqın edərək onları həbsə alıblar. Zəncanda isə 3 fəalın nəzarət altına alındığı, evdəki kompüter və şəxsi əşyalarının müsadirə edildiyi bildirilir.


Həmin xəbərləri təsdiq edən «Savalan Səsi» Ərdəbildə hərbi dəstələrin hazırlıq vəziyyətinə gətirildiyini xəbər verir. Həmin mənbəyə əsasən, Ərdəbilin fəal müəllim və tələbələri ETTELAAT idarəsinə çağırılıb. Onlardan tələb edilib ki, fevralın 21-də evdən kənara çıxmasınlar.


Ötən il Ana Dili Günü keçirilən dinc aksiyalarda azı 200 nümayişçi həbs edilmişdi.


XS
SM
MD
LG