Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:44

«Tabut idxalı» nə zaman dayanacaq?»


«Rusiyanın hüquq-mühafizə orqanları millətçi və ksenofoblara loyal yanaşırlar»
«Rusiyanın hüquq-mühafizə orqanları millətçi və ksenofoblara loyal yanaşırlar»

Rusiyadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin (AZERROS) prezidenti Söyün Sadıqov bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanlarının qarşısını ala bilmədikləri radikal millətçilər və «dazbaş»ların aramsız hücumları nəticəsində postsovet respublikalarında Moskvaya, habelə həmin ölkələrdəki ruslara münasibət kəskin şəkildə dəyişə bilər.


Bu barədə «Ekspress» yazıb. Qəzet bildirir ki, S.Sadıqov Moskva hökumətinin binasında şəhər rəhbərliyinin milli diasporların nümayəndələriylə görüşündə belə deyib.


«Qırğızıstan və Tacikistan vətəndaşları bizə müraciət edərək bildiriblər ki, əgər Rusiya ərazisində onların həmvətənlərinin qətllərinə son qoyulmasa, bu ölkələrdəki ruslara qarşı cavab tədbirlərinə əl atacaqlar. Ötən il Rusiyadan Azərbaycana «dazbaş»ların qətlə yetirdikləri 50 soydaşımızın tabutu göndərilib. Gürcüstana 30, Özbəkistanla Tacikistana isə 100 tabut aparılıb. Siyasi dividendlərə yiyələnmək üçün milli zəmində münaqişə yaratmaq istəyənlər prezident seçkiləri ərəfəsində daha da fəallaşıblar», - S.Sadıqov deyib.


Onun sözlərinə görə, Rusiyanın hüquq-mühafizə orqanları millətçi və ksenofoblara loyal yanaşırlar və baş verən qarşıdurmaları «adi xuliqanlıq» kimi qiymətləndirirlər. «Məhkəmələrin də ifrat «yumşaqlıq»ları etnik zəmindəki kriminala rəvac verir, Moskvada «yerli olmayan»ları qətlə yetirənlərdə «cəzasızlıq» illüziyası yaradır».


Fevralın 21-i Beynəlxalq Ana Dili Günü ilə bağlı artıq rəsmi mətbuatda məqalələr dərc edilməkdədir. Bununla bağlı Milli Məclisin orqanı «Azərbaycan» qəzeti yazır: «Ana dili xalqın milli etnik kodu, onun əbədi yaşam pasportudur. Dil həm də xalqın tamlıq, bütövlük və monolit həmrəylik vəsiqəsidir. Dil bütün dövrlərdə, bütün ictimai-siyasi parametrlərdə xalqın dəyişməz və sabit qalan xüsusi mülkiyyətidir. Onun milli dəyərlərinin etnik kökü, genetik fondudur».


«Bakı məktəblərində narkotik həb qalmaqalı». Bu barədə «Yeni Müsavat» informasiya yayıb. Qəzetə müraciət edən bir valideyn Nizami rayonunda yerləşən orta məktəblərdən birinin şagirdlərinin uyuşdurucu tərkibli həblərdən istifadə etdiklərini xəbər verib. Valideyn məsələ ilə bağlı məktəbdə iclas keçirildiyini də deyib: «...Müəllimlər bizdən övladlarımız üzərində nəzarəti gücləndirməmizi tələb etdilər. Eyni zamanda, yuxarı sinif şagirdləri üzərində yoxlamalar da aparılıb».


Məsələyə aydınlıq gətirmək məqsədilə Təhsil Nazirliyinin rəsmisi şagirdlər arasında narkotik tərkibli həblərin yayılması barədə deyilənlər həqiqətə uyğun olmadığını bildirib. «Yeni Müsavat» yenidən mövzuya qayıdacağını yazıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG