Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

«Kosovo digər bölgələr üçün presedent yaratmır»


«Kosovoda yaranmış vəziyyət öz xüsusiliyi ilə seçilir»
«Kosovoda yaranmış vəziyyət öz xüsusiliyi ilə seçilir»

«Bu gün Amerika Birləşmiş Ştatları Kosovonun müstəqilliyini tanıyıb. Kosovoda yaranmış vəziyyət öz xüsusiliyi ilə seçilir və Dağlıq Qarabağ da daxil olmaqla, digər bölgələr üçün presedent yaratmır».


ABŞ-ın Azərbaycandakı səfirliyinin fevralın 19-da yaydığı açıqlamada belə deyilir. Səfirlik bildirir ki, müxtəlif faktorların qeyri-adi kombinasiyası Kosovodakı vəziyyəti digər mövcud hallardan fundamental şəkildə fərqləndirir.


«Kosovodakı vəziyyət onun gələcək statusunun müəyyənləşdirilməsinə kömək məqsədilə qəbul olunmuş xüsusi qətnamə şərtləri ilə idarə olunur. Qətnamə Kosovonun statusunun müstəqillik ehtimalını da nəzərə alan siyasi proseslər vasitəsilə müəyyənləşdirilməsini nəzərdə tutur».


ABŞ səfirliyi bəyan edir ki, Fransa və Rusiya ilə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ on bir ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması sahəsində fəal vasitəçilik edir: «Bizim həmişəki siyasətimiz dəyişilməz olaraq qalır. Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyaraq, münaqişənin dinc və razılaşdırılmış həllinin tərəfdarıdır. Eyni zamanda, biz bəyan edirik ki, Dağlıq Qarabağın gələcək statusu beynəlxalq danışıqlar vasitəsi ilə müəyyənləşdirilməlidir».


ABŞ Kosovoda baş verən proseslərdən sonra beynəlxalq ictimaiyyətin bütün üzvlərini Dağlıq Qarabağ münaqişəsinin dinc və razılaşdırılmış həllinə xələl gətirə bilən bəyanatlardan çəkinməyə çağırır: «Münaqişəni hərbi və ya kompromis çərçivəsindən kənara çıxan digər vasitələrlə həll etmək cəhdləri bütün Qafqaz bölgəsində sülh və sabitliyi təhlükə altına qoya bilər».


Fevralın 17-də Kosovonun parlamenti müstəqillik haqqında bəyannamə qəbul edib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG