Bu haqda Amerikanın Dövlət katibi Kondoliza Rays öz bəyanatında bildirib.
Fransa, Böyük Britaniya, Almaniya və İtaliya da Kosovonun müstəqilliyini dəstəkləyiblər. Onlar öz qərarlarını Brüsseldə - Avropa Birliyi ölkələrinin Kosovo ilə bağlı toplantısından sonra bildiriblər.
Amma İspaniya bundan imtina edib. Kipr, Yunanıstan, Slovakiya, Bolqarıstan və Rumıniya da Kosovonun müstəqilliyini tanımayacaqlarını bəyan ediblər.