Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:53

Bakı PKK ilə mübarizədə beynəlxalq dəstək istəyə bilər


«Azərbaycan milli təhlükəsizliyinə birbaşa təhlükə görəcəyi təqdirdə konkret addımlar atacaq»
«Azərbaycan milli təhlükəsizliyinə birbaşa təhlükə görəcəyi təqdirdə konkret addımlar atacaq»

Azərbaycan PKK ilə mübarizədə beynəlxalq dəstək istəyə bilər. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim belə deyir. Onun sözlərinə görə, bu terrorçu təşkilatın ölkəyə təhdidlər yaratması barədə Bakının şübhələri ciddi qəbul olunmalıdır: «Azərbaycan milli təhlükəsizliyinə birbaşa və tutarlı səviyyədə təhlükə görəcəyi təqdirdə konkret addımlar atacaq».


Fevralın 16-da yerli mətbuat İsrail kəşfiyyatına istinadən məlumat yayıb ki, PKK terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərinə köçür.


X.İbrahim bu məsələni şərh edərkən deyib ki, Bakı obyektiv səbəblərdən işğal altındakı ərazilərə nəzarət edə bilmir. Nazirlik rəsmisinin sözlərinə görə, ehtiyac yaransa, bu məlumatların araşdırılması üçün beynəlxalq faktaraşdırıcı missiyaya müraciət olunacaq.


Ötən həftə ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini – Dövlət katibinin müşaviri Frenk Urbançikin Bakıya səfərində də PKK məsələsi müzakirə olunub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG