Biləcəri qəsəbəsində Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin «Lokomotiv» İstehsalat Birliyinin (İB) işçiləri əmək haqlarının artırılması tələbi ilə tətil ediblər. Tətil fevralın 15-i səhər saatlarından başlayıb.
Tətilçilər «Azadlıq» radiosuna əmək haqlarının olduqca az olduğunu bildiriblər. İşçilər bu tələblə Dəmiryolu İdarəsinə müraciət ediblər. «Lokomotiv» İB rəhbərliyi hadisə yerində tətilçilərlə danışıq aparıb.
Dəmiryolçular əmək haqqının iki dəfə artırılmasını tələb edirlər.
Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə «Azadlıq» radiosuna deyib ki, rəhbərlik maaşların qismən qaldırılmasına razılıq verib.
«İdarə imkan daxilində mart ayından əmək haqqını qaldıracaq».
«Lokomotiv» işçilərinin əmək haqları 50-60 manat təşkil edir.