Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Əli Kərimlinin şikayəti qismən təmin edilib


Əli Kərimli barəsində cinayət işini Nəsimi rayon Prokurorluğu qaldırıb
Əli Kərimli barəsində cinayət işini Nəsimi rayon Prokurorluğu qaldırıb

Fevralın 15-də Ali Məhkəmə AXCP sədri Əli Kərimlinin şikayətini qismən təmin edib. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib, işin mülki qaydada baxılmasına xitam verilib. Qərara alınıb ki, Əli Kərimli barəsində cinayət işinə xitam verilməsi ilə bağlı rayon məhkəməsinə müraciət olunsun.


Bu barədə «Azadlıq» radiosuna Əli Kərimlinin vəkili Elçin Qəmbərov məlumat verib.


«Bu qərar bizi heç cür təmin edə bilməz. Biz Nəsimi Rayon prokurorluğunun hərəkətsizliyindən şikayət etmişdik. Heç yerdə görünməyib, vətəndaş məhkəməyə müraciət etsin ki, onun barəsindəki cinayət işi xitam edilsin. Bu prokurorluq orqanının bilavasitə vəzifəsidir ki, müddəti keçdiyi üçün həmin cinayət işini xitam etməli idi».


Vəkil deyir ki, Ali Məhkəmənin qərarı işə obyektiv baxılma görüntüsü yaratmaq üçündür və Nəsimi Rayon Prokurorluğunu sığortalamaq məqsədi güdür.


Əli Kərimli bildirib ki, şikayət tam təmin edilmədiyi üçün məsələ ilə bağlı rayon məhkəməsinə müraciət edəcəklər.


2006-cı ildə keçmiş pasportun müddəti bitdikdən sonra Əli Kərimli yeni pasport almaq istəyib. Lakin ona bildirilib ki, barəsində 1994-cü ildə Cinayət Məcəlləsinin qanunsuz silah-sursat saxlama maddəsilə açılan cinayət işinə hələ xitam verilmədiyindən ona pasport verilə bilməz.


Vəkil Elçin Qəmbərov deyir ki, qanunvericiliyə görə, beş il müddətinə xitam verilməli olan bu cinayət işi 12 ildir açıq qalıb. Elə bu səbəbdən də Əli Kərimli pasport ala bilmirdi.


Əli Kərimli barəsində cinayət işini Nəsimi rayon Prokurorluğu qaldırıb.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG