Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:08

«İlk dəfədir ki, Azərbaycanla PKK barədə danışırıq»


«Hazırda PKK barədə danışıqlar məlumat toplamaq xarakteri daşıyır»
«Hazırda PKK barədə danışıqlar məlumat toplamaq xarakteri daşıyır»

«İndiyə qədər bir sıra Avropa ölkələri ilə PKK məsələsini müzakirə etmişik. Azərbaycanla ilk dəfədir ki, bu barədə danışırıq»- bunu «Azadlıq» radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin başçısı Conatan Henik deyib.


Diplomat bildirib ki, hazırda danışıqlar məlumat toplamaq xarakteri daşıyır.


ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini – Dövlət katibinin müşaviri Frenk Urbançik Bakıda səfərdədir.


Cənab Henik deyir ki, Frenk Urbançikin ölkə rəsmiləri ilə görüşlərində başqa məsələlər də müzakirə olunur: «Söhbət enerji infrastrukturunun təhlükəsizliyindən gedir. Müzakirələrdə həmçinin iki ölkənin terrorçuluqla mübarizədə əməkdaşlığın bütünü aspektlərinə toxunulur, bu məsələlərin içərisində «əl-qaidə» də var».


Fevralın 15-də Frenk Urbançik Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərində danışıqlar aparacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG