Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 00:20

«ABŞ terrorizmə qarşı mübarizədə Azərbaycana yardım etməyə hazırdır»


«Azərbaycanın terrorizmlə mübarizədə verdiyi dəstəyə görə təşəkkür edirik»
«Azərbaycanın terrorizmlə mübarizədə verdiyi dəstəyə görə təşəkkür edirik»

«Amerika terrorizmə qarşı mübarizədə Azərbaycana yardım etməyə hazırdır». Bunu Bakıya səfərə gələn ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini – Dövlət katibinin müşaviri Frenk Urbançik Xarici İşlər Nazirliyində danışıqlardan sonra bəyan edib: «Mən nazir müavini Araz Əzimovla hərtərəfli və detallı danışıq apardım. 11 sentyabr hadisələrindən sonra Azərbaycanın terrorizmlə mübarizədə verdiyi dəstəyə görə təşəkkür edirik».


Cənab Urbançik deyir ki, Vaşinqton terrorla mübarizədə Azərbaycanın həyata keçirdiyi bütün proqramları dəstəkləyir.


ABŞ Dövlət katibinin müşaviri Bakıya fevralın 13-də gəlib. Onun məqsədi Azərbaycanla terrorimlə mübarizə sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir.


Azərbaycan 2001-ci ildən beynəlxalq antiterror koalisiyasının üzvüdür.


XS
SM
MD
LG