Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Dövriyyəyə yeni pullar buraxılacaq


2006-cı il yanvarın 1-dən Azərbaycanda pullar denominasiya olunub
2006-cı il yanvarın 1-dən Azərbaycanda pullar denominasiya olunub

Milli Bank dövriyyəyə yeni pul vahidləri buraxmaq qərarına gəlib. Bu barədə fevralın 11-də Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.


O, bildirib ki, yeni pul vahidləri dəmir 1 manatlıqlar və 200 manatlıq əskinazlar olacaq. Amma kağız 1 manatlıqlar da dövriyyədən çıxarılmayacaq.


Cənab Rüstəmov deyir ki, dövriyyədə çoxlu pul yığıldığından bu addım atılır: «Hazırda təkliflər hazırlanıb, müzakirələr gedir».


Prezidentin 2005-ci fevralın 7-də verdiyi fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən Azərbaycanda pullar denominasiya olunub.


XS
SM
MD
LG