Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyun, çərşənbə, Bakı vaxtı 04:09

Obama 3 ştatda qalib gəlib


Obamanın rəqibi Hillari Klintonla aralarındakı fərq azalır

Barak Obama Amerikanın daha 3 ştatında ilkin prezident seçkilərində qalib gəlib. Luiziana, Nebraska və Vaşinqtonda keçirilən praymerizlər onun üstünlüyü ilə nəticələnib.


Hazırda Demokrat Partiyasının prezidentliyə vahid namizədi olmaq üçün Barak Obamanın aktivində 1039, Hillari Klintonun aktivində isə 1100 səs var. Qurultayda vahid namizəd olmaq üçün 4049 səsdən 2025-ni toplamaq lazımdır.


Kanzas ştatında keçirilən seçkilərdə isə respublikaçılardan Maykl Hakkabi qalib gəlib. Amma bu qələbəyə baxmayaraq, respublikaçılardan prezidentliyə daha çox senator Con Makkeynin şanslı olduğu bildirilir.


XS
SM
MD
LG