Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Türkiyədə hicaba qadağa aradan qalxır


«Dünyəvi elita» hicabı dövlətin dünyəvi statusuna təhlükə sayırlar
«Dünyəvi elita» hicabı dövlətin dünyəvi statusuna təhlükə sayırlar

Fevralın 9-da Türkiyə parlamenti ölkə universitetlərinə hicabla daxil olmağa qadağanı ləğv edib. Bunun üçün ölkə Konstitusiyasına iki düzəliş təsdiq olunub. Prezidentin də imzasından sonra düzəlişlər qüvvəyə minəcək.


550 yerlik parlamentdə 403 deputat düzəlişlərin lehinə, 107-si isə əleyhinə səs verib.


Türkiyə prezidenti Abdulla Gül də bu düzəlişləri təsdiq edəcəyinə eyham vurub.


Düzəlişlərin təşəbbüsçüsü hakim Ədalət və İnkişaf Partiyası ilə müxalifətdə olan Millətçi Hərəkat Partiyasıdır. Onlar hesab edirlər ki, hicaba qadağa vətəndaşların hüquq və azadlıqlarını pozur və bu səbəbdən qızların bir çoxu universitetlərə qəbul olunmaqdan boyun qaçırırlar.


«Dünyəvi elita», ələlxüsus da ordu və ədliyyə orqanları hicabı dövlətin dünyəvi statusuna təhlükə sayırlar.


Türkiyənin dövlət müəssisələri və ali məktəblərində müsəlman geyim atributlarının gəzdirilməsinə qadağa 1925-ci ildən qüvvədə idi.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG