Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Mirzə Sakit müalicə müəssisəsinə köçürülüb


Mirzə Sakit 3 il azadlıqdan məhrum edilib
Mirzə Sakit 3 il azadlıqdan məhrum edilib
«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit fevralın 9-da həbsxanadan Böyük Şor qəsəbəsindəki müalicə müəssisəsinə köçürülüb.

Bu haqda «Azadlıq» radiosuna onun həyat yoldaşı Rəna Zahidova məlumat verib.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbəri Mehman Sadiqov da məlumatı təsdiqləyib.


Yaxınları deyirlər ki, Mirzə Sakitin ayaqlarında quruma gedir. O, müalicə müəssisəsinə köçürülməsi üçün iki həftə əvvəl aclıq aksiyası keçirmişdi.


Mirzə Sakit narkotik maddə saxlamaq ittihamı ilə 2006-cı ildə 3 il azadlıqdan məhrum edilib. O, özü isə həbsinin «Azadlıq» qəzetində çap etdirdiyi satirik şerləri ilə bağlı olduğunu bildirir.


XS
SM
MD
LG