Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:13

Salyanda müxalifət fəalları saxlanıb


Daxili İşlər Nazirliyindən deyirlər ki, «polis səbəbsiz yerə kimisə saxlaya bilməz»
Daxili İşlər Nazirliyindən deyirlər ki, «polis səbəbsiz yerə kimisə saxlaya bilməz»

Fevralın 9-da Salyan rayonunda bir qrup müxalifət fəalını polis saxlayıb.


Saxlananlardan biri - Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyir ki, onlar hüzr yerinə gedirlərmiş:


«İsgəndər Həmidov, Əhməd Oruc və mən Yardımlıya Sabir Rüstəmxanlının anasının yasına gedirdik. Salyana çatmamış, Kürsəngi istiqamətində polislər maşınımızı saxladılar. Bizi maşından düşürdülər, məcburən polis maşınına əyləşdirdilər. Maşından sənədləri aldılar, etibarnaməni gizlətdilər, dedilər ki, etibarnamə yoxdur, sanki, maşın qaçırılıb. Maşını apardılar cərimə meydançasına. Bizi də iki saat yarım polis postunda saxladılar. Daxili İşlər nazirinin müavini Oruc Zalov və QHT-lərlə əlaqə saxlanandan sonra bizi buraxdılar. Etibarnaməni tapdılar. Amma yasa getməyi yox, Bakıya qayıtmağı tövsiyə etdilər. 20 manat da cərimə etdilər»


Fevralın 3-də Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov və Əhməd Oruc daxil olmaqla 14 nəfər müxalifətçini Bərdə polisi də saxlamışdı. Onlar Bərdəyə zona müşavirəsi keçirmək üçün gediblərmiş.



Daxili İşlər Nazirliyi mətbuat xidmətindən isə deyirlər ki, onlarda hadisələrlə bağlı konkret məlumat yoxdur, amma «polis səbəbsiz yerə kimisə saxlaya bilməz».


Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, ölkədə sərbəst hərəkət və toplaşmaq hüququ tam bərqərar olunub, bu sahədə heç bir problem yoxdur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG