Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:36

Deputatlar ermənistanlı həmkarları ilə görüşəcəkmi?


Görüş təşəbbüsünü AŞPA rəsmisi lord Rassel Conston irəli sürüb
Görüş təşəbbüsünü AŞPA rəsmisi lord Rassel Conston irəli sürüb
Azərbaycanlı deputatlar Avropa Şurasında ermənistanlı həmkarları ilə görüşməkdən imtina ediblər. Bunu «Azadlıq» radiosuna Milli Məclisin İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova deyib.

Görüş təşəbbüsü ilə AŞPA-dakı Qarabağ üzrə alt-komitənin rəhbəri lord Rassel Conston çıxış edib.


O, fevralın 8-də Bakıda parlamentin komissiya rəhbərləri ilə danışıqlar aparıb və deputatları aprel ayında erməni həmkarları ilə birgə konfransda iştirak etməyə çağırıb. Conston deyib ki, Qarabağ üzrə alt-komitənin gələcək taleyi də bu görüşdən asılıdır. Çünki qurumun məqsədlərindən biri iki ölkənin deputatlarını görüşdürməkdir.


Rəbiyyət Aslanova: «Lord Conston təklifini irəli sürdü və dedi ki, parlament üzvləri arasında əməkdaşlıq qurmaq istəyir. Amma münaqişənin həllində irəliləyiş yoxdursa, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Biz belə görüşlərin uğuruna inanmırıq».


Deputat Asim Mollazadə isə deyir ki, Milli Məclis üzvlərinin ermənistanlı həmkarları ilə görüşmək istəməmələri Azərbaycandakı ictimai təzyiqlə bağlıdır. Mollazadə onu da deyir ki, məsələ açıq qalıb konkret qərar qəbul olunmayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG