Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 13:28

ATƏT Rusiyada prezident seçkilərini müşahidə etməyəcək


Sergey Lavrov ATƏT-in tələblərini rədd edib
Sergey Lavrov ATƏT-in tələblərini rədd edib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyada 2 mart prezident seçkisinə müşahidəçilərini yollamaqdan imtina edib.


Bunu fevralın 7-də ATƏT-in Parlament Assambleyası ilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bəyan edib.


Bəyanatda deyilir ki, Rusiyanın qoyduğu məhdudiyyətlər seçkiləri ATƏT-in qaydalarına uyğun izləməyə imkan vermir.


Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov seçkilərin monitorinqinə dair ATƏT-in tələblərini rədd edib, onları «ultimatum» adlandırıb.


XS
SM
MD
LG