Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:08

«Prezident mənə bəzi mesajlar verdi»


Tomas Farrell, Bakı, 6 fevral 2008
Tomas Farrell, Bakı, 6 fevral 2008
«İlham Əliyevlə görüşdə təhsil sahəsində yeni əməkdaşlığı müzakirə etdim. Prezident mənə bəzi mesajlar verdi». Bunu «Azadlıq» radiosuna Bakıda səfərdə olan ABŞ Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisinin müavini Tomas Farrell deyib.

Cənab Farrellin səfərində məqsəd Azərbaycanla ABŞ arasında təhsil mübadilə proqramlarını müzakirə etməkdir. O, fevralın 9-da Prezident Aparatı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və ARDNŞ-də danışıqlar aparıb.


Onun sözlərinə görə, iki ölkə gələcəkdə Azərbaycan tələbələrinin ABŞ-da təhsil almasını birgə maliyyələşdirə bilər: «ABŞ Dövlət Departamenti istəyir ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlığı Çin, Yaponiya, Braziliya, Almaniya və Türkiyə ilə qurduğumuz əlaqələr kimi olsun. Yəni təhsil mübadilə proqramlarının maliyyələşməsində bölüşmə prinsipini tətbiq edək. Xüsusilə də mühəndislik, informasiya texnologiyaları və elm sahələrinə də geniş diqqət ayırmalıyıq».


İndiyədək 2000-dən artıq azərbaycanlı Amerika hökumətinin maliyyəsi ilə Birləşmiş Ştatlarda təhsil alıb. Təhsil naziri Misir Mərdanov isə deyir ki, Azərbaycan hökuməti özü də 2015-ci ilə qədər 5000-dən artıq vətəndaşının xaricdə təhsil almasını nəzərdə tutan Dövlət Proqramı həyata keçirir. Bakı istəyir ki, bu proqram çərçivəsində də ABŞ-a gedənlər üstünlük təşkil etsin.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG