Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

6 azərbaycanlı əsir Ermənistandan 3-cü ölkəyə keçib


Münaqişə başlayandan 1393 nəfər Azərbaycan vətəndaşı əsirlikdən qayıdıb
Münaqişə başlayandan 1393 nəfər Azərbaycan vətəndaşı əsirlikdən qayıdıb

Münaqişə başlayandan altı azərbaycanlı əsir Ermənistandan vətənə qayıtmayıb və üçüncü ölkəyə keçib. Bunu «Azadlıq» radiosuna müsahibəsində Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun sədr müavini Eldar Səmədov deyib.


Azərbaycanda olan erməni əsirlərdən isə indiyə qədər bir nəfər də üçüncü tərəfə keçməyib, hamısı öz ölkəsinə qayıdıb. Eldar Səmədov bunun səbəbini Ermənistan tərəfinin azərbaycanlı əsirlərlə təbliğat işi aparmasında görür.


«Bu Ermənistanın apardığı psixoloji müharibənin bir formasıdır. Biz əsas götürürük ki, əsiri böyüdən ana var, biz onu üçüncü ölkəyə göndərməklə nə əldə edəcəyik, amma onlar bunu etmirlər».


Əsir və Girovların Axtarışı üzrə beynəlxalq işçi qrupun nümayəndəsi Əvəz Həsənov isə əsr düşmüş əsgərlərin vətənə qayıtmamasını başqa səbəblə bağlı olduğunu deyir. Onun fikrincə, əsrlər bilirlər ki, geri qayıdan kimi onları «vətənə xəyanət»də ittiham edib, 10-12 il müddətinə azadlıqdan məhrum edəcəklər. Bu baxımdan Ermənistanda vəziyyət başqadır:


«Ermənistanda əsirlərə daha loyal yanaşırlar. İndiyə kimi iki əsir «vətənə xəyanət»də ittiham olunub».


Münaqişə başlayandan 1393 nəfər Azərbaycan vətəndaşı əsirlikdən qayıdıb. Onlardan 24 nəfər hərbçi isə əsirlikdə törətdiyi əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG