Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:21

«Azərbaycan öhdəliklərinə ciddi yanaşmalıdır»


«Hesabat hazırlayacağıq və mövqeyimizi ondan sonra açıqlayacağıq»
«Hesabat hazırlayacağıq və mövqeyimizi ondan sonra açıqlayacağıq»

«Mən hələ də Azərbaycanın yaxşı seçki keçirə biləcəyinə ümid edirəm». Bunu Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq birliyi ədalətli seçkilərə inandırmaq üçün öhdəliklərinə ciddi yanaşmalıdır.


A.Herkel və digər həmməruzəçi Yevgeniya Jivkova yanvarın 5-də Bakıda ölkə rəsmiləri ilə danışıqlara başlayıblar. Onlar Mərkəzi Seçki Komissiyasının sədri və Xarici İşlər naziri ilə görüşlər keçiriblər.


Andres Herkel: «Biz cənab Məmmədyarovla Azərbaycanın öhdəliklərini necə yerinə yetirdiyini müzakirə etdik. Həmçinin qarşıdan gələn prezident seçkisinə hazırlıq işlərilə də maraqlandıq. Müxtəlif məqamlar üzərində müzakirələr aparırıq. Hesabat hazırlayacağıq və mövqeyimizi ondan sonra açıqlayacağıq».


Yevgeniya Jivkova isə bildirdi ki, onu əsasən siyasi məhbus və ölkədə olan radikal mühit maraqlandırır.


Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Azərbaycana fevralın 4-də gəliblər. Onlar fevralın 8-nə qədər Bakıda müzakirələr aparacaqlar. Səfərin nəticələri əsasında onlar məruzə hazırlayacaqlar.


XS
SM
MD
LG