Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

«Azərbaycan hələlik sülh danışıqlarını aparmağa məcburdur»


«Münaqişəni Azərbaycanın xeyrinə güclü iqtisadiyyat, güclü hərbi potensial həll edə bilər»
«Münaqişəni Azərbaycanın xeyrinə güclü iqtisadiyyat, güclü hərbi potensial həll edə bilər»

«İşğal olunmuş torpaqlarımız azad edilməyincə Ermənistanla heç bir işbirliyi, əməkdaşlıq mümkün deyil və olmayacaq». Bunu prezident İlham Əliyev ANS Müstəqil Yayım və Media Şirkəti və Çingiz Mustafayev Fondunun təsis etdiyi «İlin adamı» mükafatının təqdimetmə mərasimində deyib.


Dövlət başçısı bildirib ki, Azərbaycan işğal olmuş ərazilərin azad olunması üçün bütün imkanlarını səfərbər edəcək: «Biz ordu quruculuğu sahəsinə böyük diqqət göstəririk. İldən-ilə artan hərbi büdcəmiz, Müdafiə Sənayesi Nazirliyinin yaradılması və ilkin məhsulun buraxılması gələcək planlarımız üçün çox böyük məna daşıyır. Biz hələlik sülh danışıqları aparmağa məcburuq. Ona görə ki, hələ ümidlərimiz var. Amma bütün Azərbaycan xalqı bilir ki, bu vəziyyətlə barışmaq nə qədər çətindir».


Prezident deyib ki, Azərbaycan bir dövlət kimi güclü olmalıdır. Çünki münaqişənin Azərbaycanın xeyrinə güclü iqtisadiyyat, güclü hərbi potensial həll edə bilər. Dövlət başçısının fikrincə, rəsmi Bakı, bunun ilkin əlamətlərini görməkdədir. (ANS)


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG