Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:21

«Telefon dinləmələri seçkiqabağı dövrdə çoxala bilər»


Qanuna görə, səlahiyyətli orqanın vətəndaşların telefonlarını dinləmək ixtiyarı var
Qanuna görə, səlahiyyətli orqanın vətəndaşların telefonlarını dinləmək ixtiyarı var

«Müxalifət partiyalarının mühüm toplantılarında, mitinqqabağı müzakirələrdə mobil telefonların batareyaları da çıxarılır. Məqsəd odur ki, müzakirələri kənardan heç kim dinləyə bilməsin».


Müsavat Partiyasının funksioneri Arif Hacılı deyir ki, xüsusi aparatlar vasitəsilə sönmüş telefon olan yerdə belə danışıqları dinləmək mümkündür. Bu baxımdan da əvvəllər müxalifət partiyalarının toplantılarında hətta mobil telefonların batareyaları da çıxarılırmış ki, onların danışıqlarını heç kim dinləyə bilməsin.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə deyirlər ki, xüsusi xidmət orqanlarının telefonları dinləməsində onların hər hansı rolu yoxdur. Nazirliyin hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədova görə, bu məsələlər qanunla tənzimləndiyindən telefon dinləmələrilə bağlı xüsusi xidmət orqanları ilə hər hansı əməkdaşılığa malik deyillər.



Kiminsə telefonlarını dinləmək zərurəti yarananda bunun üçün ən əsas şərtlərdən biri məhkəmənin həmin dinləməyə icazə verən qərarının olmasıdır

Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babyev isə bildirir ki, Azərbaycanda telefon danışıqlarının dinlənilməsi «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və bir sıra sıra qanunlara əsasən bütün hallarda məhkəmə qərarından sonra həyata keçirilir.


Hüquqşünas Qulamhüseyn Əlibəyli isə deyir ki, telefon danışıqlarına qulaq asılması Cinayət Prosessual Məcəllə və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunla tənzimlənir. Burada dinləmənin nə vaxt və necə həyata keçirilməsi detallarla göstərilmir. Sadəcə, qeyd olunur ki, insan həyatının qorunması və hazırlanan cinayətlər haqqında məlumatların toplanması zamanı telefon dinləmələrinə yol verilir. Ancaq Əlibəyli bildirir ki, kiminsə telefonlarını dinləmək zərurəti yarananda bunun üçün ən əsas şərtlərdən biri məhkəmənin həmin dinləməyə icazə verən qərarının olmasıdır.


Əks halda telefon dinləmələrinin hər hansı hüquqi əsası yoxdur: «Həmin dinləmələr məhkəmədə sübut sayıla bilməz».


Q.Əlibəyli deyir ki, 2005-ci ildə AXCP qərargahından, bu yaxınlarda isə aeroportdan prezidentin danışıqlarını dinləyən aparatların tapılması onu deməyə əsas verir ki, indi müxalifət partiyalarının rəhbərlərinin və müxtəlif adamların ev və əl telefonları dinlənilməmiş deyil. Hüquqşünasa görə, bu dinləmələr seçkiqabağı dövrdə çoxala bilər: «Kimə lazımdısa daimi qulaq asırlar».


«Təhlükəsizlik» Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, qanuna görə, səlahiyyətli orqanın vətəndaşların telefonlarını dinləmək ixtiyarı var. Onun sözlərinə görə, dinləmələri həyata keçirmək üçün istifadə olunan texniki avadanlıqlar müasir olduğundan telefonu dinlənilən adam bunu hiss edə bilmir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG