Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

«Nə analiz götürürlər, nə də xəstəyə baxırlar»


«Heç bir xəstə pul vermədiyi həkimə deməz ki, məni əməliyyat et»
«Heç bir xəstə pul vermədiyi həkimə deməz ki, məni əməliyyat et»

Fevralın 1-dən dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələrində bütün növ tibbi xidmətlər pulsuzdur. Paytaxt xəstəxanalarında söhbət etdiyimiz vətəndaşlar isə deyirlər ki, həkimə pul verməsən, onun heç qapısına da yaxın düşə bilməzsən:


- Nə analiz götürürlər, nə də xəstəyə baxırlar. Ya onların maaşı artırılmalıdır, ya da güclü nəzarət olmalıdır. Boş-boş deməklə deyil ki, xəstələr hamısı əziyyət çəkir.


- Həkimə pul verməsən, səni əməliyyat edər? Heç cür mümkün deyil. Həkimə pul verəndə adamın ürəyi sakit olur. Heç bir xəstə pul vermədiyi həkimə deməz ki, məni əməliyyat et.


Respublika Mamalıq və Ginekologiya İnstitutunda da xəstələr və onların yaxınları analizlərdən tutmuş cərrahiyyə əməliyyatlarına qədər bütün tibbi xidmətlər üzrə qeyri-rəsmi preyskurantların qüvvədə olduğunu bildirdilər:


- Gəlinimiz azad olmalıdır, biz risk edib onu pul vermədən xəstəxanaya yatızdıra bilmərik. Halbuki indi tibb xidməti pulsuzdur.



Həkimlərimizdən biri xəstəyə deyib ki, pulsuzdur, get, ultrasəs müayinəsindən keç. Xəstə də deyib ki, yəqin həkim mənə yaxşı baxmaz. Üz tutub özəl klinikaya

Vətəndaşlar deyirlər ki, 80-100 manat maaş alan və əlinin altında nə gərəkli avadanlıq, nə tibb ləvazimatı olan həkimdən keyfiyyətli xidmət gözləmək doğru deyil. Vətəndaşların fikrincə, hakimlərin, prokurorların, polislərin, gömrük işçilərinin maaşları kimi həkimlərin də məvacibi dəfələrlə artırılmalı, bundan sonra onlardan keyfiyyətli iş tələb edilməlidir.


Bakıdakı qadın məsləhətxanalarından birinin baş həkim Vəfa Sadıqova isə deyir ki, həkimlərə pul təklif etmək psixologiyası vətəndaşlarda sovet dönəmindən qalıb. Hətta həkimlər tibb xidmətinin pulsuz olduğunu bildirəndə vətəndaşlar buna inanmırlar:


- Həkimlərimizdən biri xəstəyə deyib ki, pulsuzdur, get, ultrasəs müayinəsindən keç. Xəstə də deyib ki, yəqin həkim mənə yaxşı baxmaz. Üz tutub özəl klinikaya.


Söhbətləşdiyimiz həkimlər bildirirlər ki, dövlət xəstəxanalarının təminatı olduqca aşağıdır. Pulu tibb xidməti ləğv edilənə qədər xəstələrə pulsuz verilməli olan preparatlar belə klinikalara satılırmış. Büdcədə tibb ocaqlarının təmiri, yeni avadanlıqların ayrılması üçün nəzərdə tutulan vəsait isə xəstəxanalara gəlib çatmır. Ona görə də bir çox hallarda həkimlər öz kabinetlərini şəxsi hesablarına təmir etdirirlər. Nəticədə bütün bu xərclər pasiyentlərin hesabına bağlanır.


Baş həkimdən öyrəndik ki, 2008-ci ildə tibb ocağı üçün nəzərdə tutulan vəsait də hələ onlara gəlib çatmayıb:


- Büdcə təşkilatlarının təminatı hərtərəfli deyil. Smeta hələ tutulmayıb. Ayırmalar bizə yalnız aprel-may aylarında çatacaq. Ona qədər isə ehtiyaclarımızı özümüz ödəməli olacağıq.


Səhiyyə Nazirliyi isə bir daha bildirir ki, dövlət xəstəxanalarında bütün növ tibbi xidmətlər pulsuzdur. Hər hansı problemlə üzləşənlər isə 495-34-49, 495-40-15 saylı telefonlara zəng vura bilərlər.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG