Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

«Rusiyadan nümunə götürən Azərbaycan mətbuata təzyiqi artırır»


JMK Naxçıvanda artan təzyiqlərin jurnalistlərin işini çətinləşdirdiyini yazır
JMK Naxçıvanda artan təzyiqlərin jurnalistlərin işini çətinləşdirdiyini yazır

Jurnalistləri Müdafiə Komitəsi (JMK) 2007-ci ilin hesabatını yayıb. İllik hesabatda Azərbaycan hökuməti tənqid olunur. Bildirilir ki, İlham Əliyevin hökuməti beynəlxalq aləmin fikrini rədd edir, nəticədə Azərbaycan həbsdəki jurnalistlərin sayına görə lider ölkələrdən birinə çevrilib.


JMK-nin sənədində deyilir ki, Azərbaycan hökuməti qərbin enerji tələbatının insan haqlarını üstələyəcəyi qənaətindədir. «Buna güvənən və regionun lideri Rusiyadan nümunə götürən Azərbaycan rəsmiləri mətbuata təzyiqi artırırlar».


Komitə may ayında Azərbaycanı mətbuatın vəziyyətinin ən pis olduğu ölkələr sırasına aid etmişdi.


İllik hesabatda isə Azərbaycanın həbsdəki jurnalistlərin sayına görə beşinci ölkə olduğunu deyilir. Hesabatda «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmadığı, bu qətlin araşdırılmadığını yazan Eynulla Fətullayevin isə həbs olunduğu vurğulanır.


JMK bildirir ki, Azərbaycan hökuməti azad sözə qarşı artıq yeni vasitələrə əl atıb. «Gündəlik Azərbaycan» və «Realnıy Azərbaycan» qəzetlərinin redaktoru Eynulla Fətullayevin həbsindən sonra ona qarşı terrorla bağlı ittiham irəli sürülüb. «Azadlıq» qəzetinin reaktoru Qənimət Zahidsə xuliqanlıqda günahlandırılır. Jurnalist özü əvvəlcədən planlaşdırılmış insident nəticəsində tutulduğunu deyir.


JMK Naxçıvan Muxtar Respublikasında vəziyyətin xüsusilə pisləşdiyini, qanunsuzluğun, təzyiqlərin jurnalistlərin işini çətinləşdirdiyini yazır. Jurnalist Həkimeldosu Mehdiyevin həbsini, yazılarına görə hədələndiyini, döyüldüyünü xatırladır.


JMK jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatdır. Komitənin mərkəzi ofisi Nyu-Yorkda şəhərində yerləşir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG